Türkiyədə yamac paraşütü qəzası zamanı 2 nəfər ölüb.
News365.az xəbər verir ki, Türkiyənin Muğla vilayətində yamac paraşütü ilə tandem uçuş həyata keçirən pilot və Çin vətəndaşı olan turistin qəza düşüb.
Paraşüt havaya qalxdıqdan qısa müddət sonra, hələlik müəyyən edilməyən səbəbdən qayalıq və sıldırım əraziyə düşüb.
Axtarış-xilasetmə qrupları təxminən 10 saat davam edən əməliyyatdan sonra hər iki şəxsin meyitini aşkarlayıb.