Bakıda boğazından bıçaq xəsarəti alan kişi ölüb.
News365.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Natiq Savalan oğlu Allahverdiyev yemək yeyən zaman boğazında ət tikəsi qaldığından boğulmağa başlayıb və o, nəfəs almaq üçün üçün boğazını bıçaqla deşib.
Nəticədə o, qanaxmadan ölüb.
Faktla bağlı Suraxanı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.