Gədəbəy sakini qətlə yetirilib

Gədəbəy sakini qətlə yetirilib
25 Avq 2026 20:20

Gədəbəydə qətl hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 53 yaşlı İ. Hüseynov bıçaqlanaraq qətlə yetirilib.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Gədəbəy rayon Arıqdam kənd sakini 53 yaşlı İ. Hüseynovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən həmkəndlisi 51 yaşlı Qalib Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada