Sudanda 15 milyondan çox uşaq məktəbdən kənarda qalıb

Sudanda 15 milyondan çox uşaq məktəbdən kənarda qalıb
13 Noy 2024 15:06

Sudanda davam edən münaqişələr səbəbindən 15 milyondan çox uşaq məktəbdən kənarda qalıb. 

News365.az  "BBC"yə istinadən xəbər verir ki, bu barədə Uşaq Rifahı üzrə Milli Şurasının baş katibi Abdulkadir Abdullah Abu məlumat verib. 

O, hərbiləşdirilmiş Çevik Hərəkət Qüvvələrini (RRF) azyaşlılara qarşı sistematik pozuntularda ittiham edərək, milislərin 2500-dən çox uşağı qaçırdığını qeyd edib. 

 "Köçkünlük dövründə təxminən 3 min uşaq həlak olub, 8 mindən çoxu isə RRF tərəfindən hərbi əməliyyatlarda iştirak etmək üçün cəlb edilib. Uşaqlar ən həssas qrupa aiddir və müdafiə mexanizmlərinə ehtiyac var", - deyə Abu qeyd edib.


Youtube kanalımız