Şamaxılılar Çardan nəyi xahiş etmişdilər- FOTOFAKT

Şamaxılılar Çardan nəyi xahiş etmişdilər- FOTOFAKT
05 May 2025 09:53
Niderlandın “Bibliotheca Universitatis Leidensis” kitabxanasının arxivində maraqlı bir sənəd var. Bu, sənəd arxivdə (Cod.Or. 25.734, ff. lb-2a) belə başlıqla qeydiyyata alınıb:
“1866-cı ildə Çar II Aleksandra Şamaxı (Şamaxı,Azərbaycan) əhalisinin göndərdiyi təbrik məktubu”
Məktub haqqında arxivdə yazılan məlumat:
“Rusiya çarına ünvanlanmış “Miibarek bədnam” başlıqlı anonim təbrik məktubu olan iki yarpaqdan (4 vərəq) ibarətdir.
II Aleksandr, 1855-81-ci illərdə hökmranlıq etmişdir.
Məktubda "Şamaxı şəhərinin əhalisi İmperatorun anadan olmasına imkan verdiyi üçün Allaha şükür edir" yazılır.
4 aprel 1866-cı ildə göndərilən məktub və həmin ayda Knyaz Aleksandr Mixayloviçin anadan olması münasibətilə onu təbrik edirlər.
Məktuba əlavə 7 səhifə 224 barmaq imzası var və onlardan ikisi yəhudidir.
Şirli krem kağızıdır. 350x215 mm; qara xətlər içərisində çoxlu qızıl haşiyələr var; məktubun mətni əvvəl qızılı, göy, qırmızı, bənövşəyi, yaşıl və sarı rənglərdə nəbati motivli nəfis başlıqla yazılıb; Eyni vərəqdə qızılı və göy rəngdə bitki naxışlı xətlərarası çubuqlar və yarpaqlarda kənar işıqlandırma və qızılı, mavi, qırmızı və yaşıl rənglərdə çiçək naxışları var.
Zaur Əliyev, tarixçi alim

May be an image of blueprint and text

All re
43

Sizin reklam burada
Sizin reklam burada