Hamını yolda saxlayan sürücü ilə bağlı - RƏSMİ CAVAB

Hamını yolda saxlayan sürücü ilə bağlı - RƏSMİ CAVAB
13:41

"Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi ilə bağlı hazırda araşdırma aparılır".

News365.az xəbər verir ki, bununla bağlı oxu.az-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

O bildirib ki, araşdırmanın nəticələrinə uyğun olaraq görüləcək tədbirlər barədə əlavə məlumat təqdim ediləcək.

***

Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi narazılığa səbəb olub.

News365.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Sərnişinlərin sözlərinə görə, sürücü bir nəfərlə mübahisə etdikdən sonra avtobusu saxlayıb, nəqliyyat vasitəsindən düşüb və təxminən 5 dəqiqə hərəkəti davam etdirməyib. O, bir nəfərə görə, hamının yolda qalacağını deyib.



Sizin reklam burada
Sizin reklam burada