"Hamilə it", yoxsa "boğaz it"?

"Hamilə it", yoxsa "boğaz it"?
09:22
Dilimiz necə də korlanır, kasıblaşır, təhrif olunur. Həm danışıq həm də kitab dilini zənginləşdirən bir çox sözlər süni olaraq arxaikləşdirilir.
Bayaqdan qarşıma başlıqlar çıxır: "Hamilə iti binadan atıb öldürən şəxsə...",
"Qaradağ rayonunda hamilə iti...", "Bir neçə gün öncə hamilə it..."
Doğrudur, "hamilə" sözü ərəbcə "hamil" (daşıyan) deməkdir. Lakin dilimizdə insan üçün işlənir. Həm danışıqda həm də rəsmi kitab dilində. Türkcədə "gəbə", "ikicanlı" da deyilir.
Heyvan ikicanlı olduqda ona "hamilə" yox, "boğaz" deyilir. "Boğaz inək", "boğaz dəvə", "boğaz it" və sairə...
Heyvana "hamilə" demək, şəhər uşaqlarının pişiyin cinsini öyrənmək istədikdə "qızdır, yoxsa oğlan?" sualına bənzəyir.
Tural İrfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada