Azərbaycanın
İsraillə ticarət əlaqələri son günlər Türkiyə mediasında və sosial şəbəkələrdə
tənqid edildiyi üçün bu sualı qoymaq və ona cavab yazmaq istədim.
Əvvəla bu
suala cavab tapmaq istəyirik: İsrailə daha çox məhsul satan ölkə Azərbaycandır,
yoxsa Türkiyə?
Bu suala
cavab tapmaq üçün Azərbaycanın, Türkiyənin və İsrailin rəsmi ticarət
statistikasına nəzər saldım. Maraqlıdır ki, hər üç ölkənin məlumatlarında fərqli
göstəricilər var. Bu fərqlər metodoloji yanaşmalardan və digər səbəblərdən
qaynaqlana bilər.
Ona görə də
müqayisə üçün dördüncü mənbəyə, BMT-nin Əmtəə Ticarəti Statistikası Bazasına
(UN Comtrade) müraciət etdim.
Həmin bazada
İsrailin təqdim etdiyi 2025-ci il məlumatlarına görə, bu ölkəyə Azərbaycandan
30,75 milyon dollar, Türkiyədən isə 2,12 milyard dollar dəyərində məhsul idxal
olunub. Yəni Türkiyə üzrə göstərici Azərbaycandan təxminən 69 dəfə çoxdur.
Bununla belə,
həm İsrailin rəsmi statistikasında, həm də BMT-nin məlumat bazasında Türkiyə mənşəli
məhsulların idxalı Azərbaycan məhsullarının idxalından dəfələrlə çoxdur.
Eldəniz Əmirov, iqtisadçı
News365.az