Şair Əşrəf Veysəlli vəfat edib.
Bu barədə News365.az-a onun ailə üzvləri məlumat verib.
Bildirilib ki, Əşrəf Veysəlli bu gün "Sumqayıt Hospital"da vəfat edib.
Qeyd edək ki, Əşrəf Veysəlli 1938-ci ildə Füzulinin Yuxarı Veysəlli kəndində anadan olub. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. Təhsilini başa vurduqdan sonra Sumqayıtda işləməyə başlayıb, o vaxtdan da bu şəhərdə yaşayıb. Ötən əsrin 50-ci illərindən ədəbi mühitdə olub.