Ali və orta ixtisas təhsili alanların DİQQƏTİNƏ

Ali və orta ixtisas təhsili alanların DİQQƏTİNƏ
20 İyl 2026 15:05

Əmək bazarının tələblərinə uyğun olaraq ali və orta ixtisas təhsili proqramlarının yenilənməsi planlaşdırılır.

Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda qeyd olunub.

Tədbirlər Planına əsasən, Elm və Təhsil Nazirliyi tərəfindən ali və orta ixtisas təhsili pillələri üzrə yenilənməsinə ehtiyac olan proqramlar müəyyən edilməli və tələbata uyğun olaraq proqramlar yenilənməlidir.


Sizin reklam burada
Sizin reklam burada