İran Prezidenti Məsud Pezeşkian İspaniya yığma komandasının DÇ-2026-da qalib gəlməsi münasibətilə ilə təbrik paylaşımı edib.
News365.az xəbər verir ki, dövlət başçısı sosial şəbəkə hesabında İspaniya xalqı və hökumətini təbrik edərək iki ölkə arasındakı dostluq münasibətlərinə diqqət çəkib.
Pezeşkian paylaşımında bildirib:
"Dost İspaniya xalqının və hökumətinin sevinci İran xalqının və hökumətinin də sevincidir."
Prezident paylaşımında İspaniya xalqına uğurlar arzulayıb və iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, İspaniyanın İrana qarşı hərbi əməliyyatlardan dolayı ABŞ-ni pisləməsi Madridlə Tehran arasında münasibətlərdə istiləşmə yaradıb.