Sazın və sözün böyük ustadı Şuşada yad edildi

Sazın və sözün böyük ustadı Şuşada yad edildi
12:35

Bu gün Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin vəfatının 100 illiyinə həsr olunmuş “Sözün aşığı – Sazın aşığı” adlı tədbir təşkil edilib.

News365.az xəbər verir ki, “Qarabağ” hotelinin qarşısında keçirilən tədbirdə Aşıq Ələsgərin zəngin yaradıcılığı, Azərbaycan aşıq sənətinin inkişafındakı rolu və milli-mənəvi irsimizə verdiyi töhfələrdən bəhs edilib. 

Bildirilib ki, sənətkarın irsi bu gün də öz aktuallığını qoruyur, onun poeziyası və saz sənəti yeni nəsillər üçün dəyərli mənəvi mənbə olaraq yaşayır.

Çıxışlarda Aşıq Ələsgərin yaradıcılığının türk dünyasının ortaq mədəni irsinin mühüm tərkib hissəsi olduğu vurğulanıb. Tədbir bədii hissə ilə davam edib.


Sizin reklam burada
Sizin reklam burada