Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı son vəziyyət bəlli olub.
News365.az-ın əldə etdiyi məlumata görə, Xalq şairinin vəziyyəti ağır olaraq qalır.
Şairin köməkçisi Arif Mehmandost bildirib ki, Nəriman Həsənzadə hazırda xəstəxananın reanimasiya şöbəsində müalicəsini davam etdirir və dializ olunur.