İyulun 20-də Ordubad rayonu ərazisində internet xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni avadanlıqlar quraşdırılacaq.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən News365.az-a bildirilib ki, bununla əlaqədar olaraq, gün ərzində rayonun bəzi yaşayış məntəqələrində internet və digər rabitə xidmətlərinin göstərilməsində müvəqqəti və qısamüddətli fasilələrin yaranması mümkündür.