Müharibə veteranının məcburən orduya göndərilən xəstə oğlunun acı taleyi- Kimdir günahkar?

Müharibə veteranının məcburən orduya göndərilən xəstə oğlunun acı taleyi- Kimdir günahkar?
09:14

Daha bir müəmmalı əsgər ölümü...

Uzun illər xəstəlikdən əziyyət çəkən və hərbi xidmətə yararsız sayılan Səlimli Tərlan Sərxan oğlu məmur özbaşnalığı səbəbilə həyatını itirib. Və buna görə də heç kim məsuliyyətə cəlb olunmayıb.

Məsələ ilə bağlı Sərxanın yaxınları News365.az–a müraciət edib.

Müraciətdə deyilir ki, Səlimli Tərlan Sərxan  oğlu  27 avqust 1997-ci ildə İsmayıllı rayonunda doğulub:

“10 iliydi ki, onun aşağı ətrafların anomaliyası və bel əyriliyindən əziyyət çəkirdi. Ona görə də 2022 ci ildə ona hərbiyə yararsız olması ilə bağlı bilet də verilmişdi. Amma hərbi-tibbi müayinə Əmək və Əhalinin Sosial Müdafiəsi Fonduna verildikdən sonra vəziyyət dəyişdi. Nazirlik Tərlanın xəstəlik kağızlarını bir kənara atıb, onu hərbiyə yararlı hesab etdilər.

Beləcə. Səfərbərlik xidməti də Tərlanı 2025 ci il yay çağırışında xidmətə yola saldı. Bu ilin may ayında bilmədiyimiz səbəblərdən meningit xəstəliyindən Tərlan Naxçıvan Mərkəzi Hospitalına çatdırılır. Mayın 27-də ona narkoz verilir. Və narkozdan sonra o komaya düşür. Vəziyyəti ağırlaşdığı üçün iyunun 1-də Bakıya Mərkəzi Hərbi Hospitala köçürülür. Lakin buradakı həkimlərin səyləri fayda vermir və Tərlan 10 iyul 2026-cı ildə dünyasını dəyişir.

Tərlanın nəşi evlərinə göndərilir və İsmayıllı rayon Təzəkənd kəndində o, torpağa tapşırılır.

Lakin Tərlanın ölümü ilə bağlı hər hansı bir araşdırma aparılmadı və ölüm səbəbi barədə dəqiq bilgi verilmədi”

Müraciətdə daha sonra qeyd edilir ki, yararsız adamı qanunsuz şəkildə orduya göndərənlərin heç biri Tərlanın ölümünə görə məsuliyyətə cəlb olunmayıb:

“Sizdən xahiş edirik ki, bu məsələni ictimailəşdirin. Bəlkə bundan sonra günahkarlar cəzalandırıla. Axı, bu gün Tərlankimilər aramızda çoxdur”.

Müraciətin sonunda qeyd edilir ki, Tərlanın atası Səlimov Sərxan Salman oğlu Birinci Qarabağ müharibəsinin iştirakçısı olub:

“Və 2017 ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişib. Tərlanın bacısı ailə həyatı qurduğu üçün xəstə anası tək və baxımsız yaşayır”.

Məsələ ilə bağlı ƏƏSMN-nə sorğu göndərdik.

Ona görə də mövzunu diqqətdə saxlayırıq.

News365.az


Sizin reklam burada
Sizin reklam burada