İrandan ABŞ-yə növbəti xəbərdarlıq

İrandan ABŞ-yə növbəti xəbərdarlıq
20 İyl 2026 13:30

İran rəhbərliyi ABŞ-ni əvvəlki razılaşmalara əməl etməməkdə ittiham edərək bunun gələcək ikitərəfli danışıqlara inamı azaltdığını bildirib.

News365.az xəbər verir ki, İranın Ali Rəhbəri Müctəba Xamenei xalqa müraciətində qeyd edib ki, Vaşinqtonun sazişləri pozması gələcək razılaşmalara etimadı sarsıdır. O, həmçinin ABŞ-ni regionda gərginliyi artırmağa çalışmaqda günahlandırıb və İranın milli maraqlarını qorumaqda qətiyyətli olacağını vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də ABŞ-nin öhdəliklərini yerinə yetirmədiyini bildirərək, İranın da yalnız qarşı tərəf razılaşmalara əməl etdiyi halda öz öhdəliklərini icra edəcəyini deyib.

Bəqai əlavə edib ki, ABŞ Hörmüz boğazı ilə bağlı mövcud razılaşmaların müddəalarını nəzərə almadan bölgədə nəzarəti gücləndirməyə çalışır.


Sizin reklam burada
Sizin reklam burada