Bu səfirin Bakıya gəlmə vaxtı bəlli oldu

Bu səfirin Bakıya gəlmə vaxtı bəlli oldu
20 İyl 2026 13:23

Etyen Berxtold (Etienne Berchtold) Avstriyanın Azərbaycandakı yeni səfiri təyin edilib.

Bu barədə News365.az-a Avstriyanın Bakıdakı səfirliyindən məlumat verilib.

"Etyen Berxtoldun avqustun sonunda Avstriyanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsinin icrasına başlayacağı gözlənilir", - səfirlikdən vurğulanıb.

Qeyd edilib ki, Azərbaycana təyin edilməzdən əvvəl Berxtold Avstriyanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri vəzifəsində (2022-ci ilin avqustundan - red.) çalışıb.


Sizin reklam burada
Sizin reklam burada