"Qalatasaray"ın oyunu yarımçıq dayandırıldı

"Qalatasaray"ın oyunu yarımçıq dayandırıldı
09 Fev 2025 21:45

Türkiyə Superliqasının XXIII turunun “Qalatasaray” – “Adana Dəmirspor” oyunu yarımçıq dayandırılıb.


News365.az xəbər verir ki, buna qonaq komandanın meydanı tərk etməsi səbəb olub.


12-ci dəqiqə görüşün baş hakimi Adana təmsilçisinin qapısına mübahisəli penalti təyin edib. Alvaro Morata dəqiq zərbə ilə İstanbul klubunu hesabda önə çıxarıb. Penalti epizoduna etiraz edən “Adana Dəmirspor”un futbolçuları baş məşqçi Mustafa Alpər Avcı ilə məsləhətləşmədən sonra meydanı tərk edərək, paltardəyişmə otağına yollanıblar.


Qarşılaşma ilə bağlı yekun qərarı Türkiyə Futbol Federasiyası qəbul edəcək


Sizin reklam burada
Sizin reklam burada