Politoloq Tural Əliyev dövlət başçılarının rəsmi səfərlər zamanı hava limanında kim tərəfindən qarşılanmasının siyasi müzakirə mövzusuna çevrilməsini düzgün hesab etmir.
News365.az xəbər verir ki, politoloq bu barədə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda dövlət başçılarının hava limanında qarşılanması məsələsi hələ də mühüm siyasi detal kimi təhlil olunur. Halbuki bu, əvvəlcədən razılaşdırılan diplomatik protokol qaydalarına uyğun həyata keçirilir.
Tural Əliyev vurğulayıb ki, rəsmi səfərlərin əsas məzmununu gündəlikdə duran məsələlərin müzakirəsi və sənədlərin imzalanması təşkil edir.
Politoloqun fikrincə, qarşılanma mərasimində kimin iştirak etməsinin hörmət, izzət, sevgi və ya nifrətlə əlaqələndirilməsi düzgün yanaşma deyil.