Zaur Baxşəliyev illər sonra həmin o evə döndü - VİDEO

Zaur Baxşəliyev illər sonra həmin o evə döndü - VİDEO
14:55

Aparıcı Zaur Baxşəliyev illər sonra doğma Şuşaya gedərək uşaqlıq xatirələrinin yaşadığı evi ziyarət edib.

News365.az xəbər verir ki, o, səfərdən görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Aparıcı həyat yoldaşı Günayı da uşaqlığının keçdiyi evə apardığını bildirib. Bu ziyarətin hər ikisi üçün duyğulu anlara çevrildiyini vurğulayıb.

Baxşəliyev paylaşımında keçmişə qayıtmağın və insanın böyüdüyü məkanları yenidən görməyin xüsusi hisslər yaşatdığını qeyd edib. O, həmçinin Şuşaya qovuşmağın gerçəkləşən bir arzu olduğunu xatırladaraq bu günlərin əldə olunmasında əməyi olan şəhidlərin, qazilərin, veteranların və Ali Baş Komandanın xidmətlərinin unudulmamalı olduğunu vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada