Çips istehsalına yeni vergi: Hər kiloqrama 1 manat aksiz tətbiqi təklif olunur

Çips istehsalına yeni vergi: Hər kiloqrama 1 manat aksiz tətbiqi təklif olunur
12:24

Azərbaycanda çips istehsalı ilə məşğul olan müəssisələr üçün yeni vergi öhdəliyinin tətbiqi təklif olunur. Dəyişiklik qəbul edilərsə, yerli istehsal olunan çipsin hər kiloqramına görə 1 manat aksiz vergisi hesablanacaq.

News365.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişikliklər layihəsində əksini tapıb.

Təklifə əsasən, çips aksiz vergisi tətbiq olunan məhsulların siyahısına əlavə ediləcək. Bununla da yerli istehsalçılar hər kiloqram çips üçün 1 manat məbləğində aksiz vergisi ödəməli olacaqlar.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada