Ermənistan parlamentinin müxalifət fraksiyası olan “Şərəfim var”ın rəhbəri Hayk Mamicanyan diqqət çəkən açıqlamalar verib. Siyasətçi bəyan edib ki, o və tərəfdarları ölkənin baş naziri Nikol Paşinyanın impiçmenti prosesinə başlamağa hazırdırlar.
Mamicanyan qeyd edib ki, fraksiya üzvlərinin fikrincə, indi hakimiyyət dəyişikliyinə nail olmağın ən çox ehtimal olunan yolu baş nazirə etimadsızlıq nümayiş etdirmək prosesidir.
“Biz heç bir ilkin şərt olmadan yeni namizədin məsələsini müzakirə etməyə və baş nazirə etimadsızlıq nümayiş etdirməyə hazır olduğumuzu bildiririk”,- deputat qeyd edib.
Mamicanyan qeyd edib ki, hazırda fraksiyada baş nazirliyə namizəd yoxdur. “Şərəfim var"ın altı deputatının hamısı isə Paşinyana etimad göstərməməyə hazırdır, onlar buna dair yeni ideyaya qol qoyurlar. O vurğulayıb ki, onun siyasi strukturu başqa bir fraksiya olan "Hayastan" tərəfindən təklif ediləcəyi təqdirdə sabiq prezident, hərbi cani Robert Koçaryanın baş nazir postuna namizədliyini də dəstəkləməyə hazırdır.
Tural