Obamanın sevgi dediqodusu: Dünya bu xəbərlə çalxalanır!

Obamanın sevgi dediqodusu: Dünya bu xəbərlə çalxalanır!
00:45

ABŞ-ın sabiq prezidenti Barak Obama bu dəfə siyasi işlərlə deyil, şəxsi həyatı ilə dünya gündəmini zəbt edib. Məşhur aktrisa Cennifer Aniston ilə Obama arasında gizli münasibət iddiaları yayılıb. Bu xəbərlər, Hollivud mətbuatı və sosial şəbəkələrdə böyük əks-səda doğurub.


News365.az-ın əldə etdiyi iddialara görə, Obama və Aniston bir xeyriyyə tədbirində yaxınlaşıblar. ABŞ mənşəli məşhur bir mətbuat orqanı, “Gerçək sevgi?” başlığı altında onların gizli münasibət yaşadığı barədə məlumat yayıb. Eyni zamanda, Michelle Obama'nın bu vəziyyətdən xəbərdar olduğu və ərinin bu addımından narazı olduğu bildirilir.


Hollywood kuluarlarında dolaşan məlumatlara əsasən, bu yaxınlıq Obama ailəsinin ayrılıq qərarı aldığı barədə şayiələri daha da gücləndirib. Michelle Obama’nın son aylarda ictimaiyyət arasında görünməməsi və heç bir sosial tədbirdə iştirak etməməsi diqqət mərkəzindədir. Xüsusən də, sabiq prezident Jimmy Carter’ın dəfn mərasiminə qatılmaması ayrılıq xəbərlərinin təsdiqi kimi qəbul edilir. Məlumatlara görə, Michelle Obama Trampın andiçmə mərasiminə də tək qatılıb. Bu fakt da Obama ailəsində uzun müddətdir soyuq küləklərin əsdiyi fikrini daha da gücləndirir.


Həm Obama ailəsi, həm də Aniston tərəfi bu xəbərlərlə bağlı hər hansı açıqlama verməkdən çəkinir. Lakin ictimaiyyət bu səssizliyi daha çox şübhə ilə qarşılayır və iddiaların həqiqət olma ehtimalını artırır. Dünya artıq bu sevgi dediqodusunun arxasında duran gerçəkləri gözləyir.