Niyə Rusiyanın strateji obyektlərinə az zərbə endirilir?

Niyə Rusiyanın strateji obyektlərinə az zərbə endirilir?
16:22

Rusiya tərəfi Ukrayna pilotsuz təyyarələrinin zərbələri nəticəsində zədələnmiş obyektləri son dərəcə tez bir zamanda bərpa edə bilir. Ona görə də Ukrayna hakimiyyəti artıq bu cür hücumların mənasını görmür. Bu barədə Britaniyanın “UnHerd” nəşri Ukrayna kəşfiyyatına istinadən məlumat yayıb.

Məqalədə deyilir: “Rusiya bir həftə ərzində zədələnmiş neft obyektlərini bərpa edə bildi və zərərin miqyasının təsnif olunduğunu nəzərə alsaq, Kreml bu cür hücumları ekzistensial böhran kimi qiymətləndirmir”.

Nəşrin mənbələrinə görə, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatlarının hücumunun uğurlu nəticələri şübhə doğurur. Bu hücumlar həm də birbaşa Qərbin təchizatından asılıdır. Eyni zamanda, məqalə müəllifi qeyd edib ki, strateji obyektlərə vurulan zərbələr Rusiya tərəfinin Kiyevin şərtləri ilə danışıqlara başlamasını məcbur edə bilər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural