Mərkəzi
Bankın valyuta ehtiyatlarının 5.6 faiz azalması ilə bağlı narahatlıq dolu
suallar gəlməkdədir.
Bəs, bu
azalma nəylə izah olunur?
News365.az –la söhbətində iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, artım sağlam məntiqlə davamlı ola bilməz:
“2020-ci
ilin sonu AMB valyuta ehtiyatı 6,3 milyard dollar idisə, 2021-ci ilin sonu 7
milyard dolları ötdü. 2022-ci ilin sonunda isə 8,9 milyard dolları keçdi.
2023-cü ilin sonunda isə 11,6 milyard dollara çatdı. Göründüyü kimi 4 ildə 5
milyard dollardan çox artım olmuşdur.
Odur ki, 5
milyard dollar artımdan sonra 653 milyon dollar azalma olubsa, buna görə
narahatçılığa əsas yoxdur. Yalnız o halda narahat olmağa dəyər ki, azalma
2024-də olduğu kimi qarşıdakı illərdə də davamlı olsun və illik 500-600 milyon
dollarla yox, daha böyük rəqəmlərlə müşahidə edilsin”.
News365.az