Etibar Əliyev Netanyahuya niyə “böyük lider” dedi?

Etibar Əliyev Netanyahuya niyə “böyük lider” dedi?
16:22

Təhsil eksperti Etibar Əliyev İsraildə keçirilən parlament seçkiləri və Benyamin Netanyahunun siyasi mövqeyi ilə bağlı paylaşım edib. O, Netanyahuya dəstəyini ifadə edərək onun rəqibləri üzərində qələbə qazanacağını gözlədiyini bildirib.

Etibar Əliyev paylaşımında seçkilərin ilkin nəticələri açıqlanarkən bəzi Türkiyə analitiklərinin Netanyahunun məğlubiyyəti barədə fikirlər səsləndirdiyini xatırladıb. Onun sözlərinə görə, səsvermədən əvvəl də Netanyahuya təbrik ünvanlayacağını yazıb.

Ekspert İsrailin baş naziri haqqında fikirlərini bu sözlərlə ifadə edib:

“Netanyahunun kürəyini yerə vurmaq hər siyasətçinin işi deyil. Nəhəng şəxsiyyətdir. Səslərin 40 faizinin hesablandığı vaxtda qardaş Türkiyə analitiklərinin bəziləri Netanyahunun məğlubiyyəti barədə danışdılar. Səsvermə gedən ərəfədə yazmışdım ki, bir gilə təbrik məndən olacaq. Böyük liderlər anadan ‘qalib’ kimi doğulurlar”.

Etibar Əliyev paylaşımında Netanyahunun rəqibi Ayzenkotla müqayisəsinə də toxunaraq, indiki mürəkkəb beynəlxalq şəraitdə İsrailin baş nazirinin seçkilərdə məğlub olmasının gözlənilib-gözlənilməməli olduğu barədə sual ünvanlayıb.

Ekspert İsrail xalqına və bu ölkənin alimlərinin bəşəriyyətə verdiyi töhfələrə heyranlığını da ifadə edib. O, İsrail xalqının tarix boyu çoxsaylı çətinliklərlə üzləşdiyini və özünü təşkil etmək bacarığı ilə seçildiyini vurğulayıb.

Qeyd edək ki, paylaşımda seçkilərin nəticələri ilə bağlı səsləndirilən fikirlər Etibar Əliyevin şəxsi mövqeyini əks etdirir.


Sizin reklam burada
Sizin reklam burada