Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş naziri Pedro Sançesə və ispan xalqına başsağlığı verib.
News365.az xəbər verir ki, başsağlığı mesajında deyilir:
“İspaniyada baş verən faciəvi qatar qəzası məni dərindən kədərləndirdi. Baş nazir Pedro Sançesə, həlak olanların ailələrinə və İspaniya xalqına səmimi başsağlığımı çatdırıram. Yaralananların tezliklə sağalmasını arzulayıram”.