AYNA Bakıda niyə çox mərtəbəli parkinq yerləri tikmir?
News365.az xəbər verir ki, bu barədə hüquqşünas Fərhad Mehdiyev sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda qeyd edilib ki, AYNA Bakı şəhərində gün ərzində (Bazar günü istisna) parking ödənişlərindən xeyli pul toplayır. Sadəcə Bakıda qeydiyyatda olan avtomobillərin sayı 700.000-ə yaxındır. Buna Sumqayıtdan gələn, Abşerondan gələn maşınları da əlavə edə bilərsiniz. Parkinq cərimələrini, taksi icazələri, sərnişin daşımadan da alınan xərclər var. AYNA aylıq gəliri haqqında məlumat verməyib.
Düşünürəm ki Alatava, Sovetskiy, köhnə yasamal, keşlə, Montin, xutor və bir çox yerdə nisbətən ucuz yerləri satın alıb, orda çox mərtəbəli parkinglər tikməlidir.
Bilmirəm, indiyə kimi belə bir məsələ onların gündəmində olub ya yox, amma bundan sonra bu haqda düşünməlidirlər.
Ümumiyyətlə xidmətə görə yığılan pul, başqa bir xidmətin maliyyələşməsinə gedə bilməz; bu qayda Avropa inzibati hüququnda çoxdan yerləşmiş bir prinsipdir.
Xidmətə görə alınan məbləğ bu hissələrdən ibarət olur: 1) Xidmətin maliyəti, 2) amortizasiyaya görə əlavə yığım, 3) xidmətin inkişafına görə alınan yığım (məsələn yeni vaqonların alınması).
Ümid edirəm burda qalmaz.