Xırdalanın girişində ağacların kəsildiyi, torpaq sahəsinin qazıldığı iddia olunur. Baş verənlər ərazidə ekoloji vəziyyət və mümkün qanun pozuntuları ilə bağlı suallar yaradır. Lakin iddialara baxmayaraq, aidiyyəti qurumların məsələyə münasibət bildirməməsi diqqət çəkir.
News365.az xəbər verir ki, ərazidə aparılan işlərin hansı məqsəd daşıdığı, ağacların hansı əsasla kəsildiyi və torpağın qazılması üçün müvafiq icazələrin olub-olmadığı hələlik məlum deyil.
Məsələ ilə bağlı Bəxtiyar adlı şəxsin ərazidəki fəaliyyətinin hansı hüquqi əsaslara söykəndiyi də sual doğurur. Onun bu işləri kimin razılığı ilə həyata keçirdiyi və qanunvericiliyin tələblərinə əməl olunub-olunmadığı aydınlaşdırılmalıdır.
Xırdalanın girişində baş verənlərlə bağlı aidiyyəti qurumların mövqeyi isə hələlik məlum deyil.
Ağacların kəsilməsi və torpaq sahəsində aparılan işlərlə bağlı müvafiq qurumların araşdırma apararaq ictimaiyyətə açıqlama verməsi vacibdir.