Google sınaq peyki buraxıb

Google sınaq peyki buraxıb
20:20

Google məlumat mərkəzlərini kosmosa çıxarmaq üçün sınaq peyki buraxıb.

News365.az xəbər verir ki, Google şirkəti məlumat mərkəzlərinin gələcəkdə kosmosda yerləşdirilməsi ideyasını sınaqdan keçirmək üçün eksperimental peyk buraxıb.

Layihənin əsas məqsədi kosmosda yerləşən peyklər vasitəsilə məlumatların emalı və saxlanılması imkanlarını araşdırmaqdır.

Yer üzündə süni intellekt sistemlərinin inkişafı böyük enerji və hesablama gücü tələb edir. Kosmosda yerləşən məlumat mərkəzləri isə günəş enerjisindən daha səmərəli istifadə etmək və bəzi texniki məhdudiyyətləri aradan qaldırmaq potensialına malikdir.

Bununla belə, kosmosda avadanlıqların saxlanılması, soyudulması və məlumatların Yerə ötürülməsi hələ də ciddi texniki problemlər yaradır. 


Sizin reklam burada
Sizin reklam burada