"Tesla Model Y" krossoveri uzun illər "xalq avtomobili" hesab edilən əfsanəvi "Toyota Corolla"nı qabaqlayaraq dünya bazarının yeni liderinə çevrilib.
2026-cı ilin yanvar-sentyabr aylarında qlobal miqyasda 62 743 875 ədəd yeni avtomobil satılıb.
Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 3,2% azdır.
Məlumatı avtomobil statistikası üzrə ixtisaslaşan "Focus2Move" portalı yayıb.
Bazarın ümumi həcmindəki geriləmə ən çox satılan modellərin əksəriyyətinə təsir edib. Buna baxmayaraq, bəzi avtomobil markaları ümumi tendensiyanın əksinə olaraq satışlarını artırmağı bacarıb. Hətta eyni brendə məxsus müxtəlif modellər arasında kəskin fərqlər müşahidə olunur.
Modellərin reytinqində birinci yeri satışlarını 8,3% artıran "Tesla Model Y" tutub. O, uzunillik lider olan "Toyota Corolla"nı (-3,5%) geridə qoyub. Üçüncü sırada Amerikanın əfsanəvi pikapı "Ford F-Series" qərarlaşıb. Ən böyük satış enişi yaşayan model isə 4-cü yerdə qərarlaşan "Toyota RAV4" (-22,2%) olub.
Dünya avtomobil bazarında TOP-20 lider:
Tesla Model Y (+8,3%)
Toyota Corolla (-3,5%)
Ford F-Series (-4,9%)
Toyota RAV4 (-22,2%)
Honda CR-V (-0,9%)
Chevrolet Silverado (-3,7%)
Toyota Camry (+1,6%)
Hyundai Tucson (+0,1%)
Kia Sportage (+0,9%)
Volkswagen Tiguan (+2,0%)
Toyota Hilux (-4,2%)
Ram Pick-up (+24,7%)
Toyota Yaris (+2,2%)
Geely Xingyuan (-9,6%)
GMC Sierra (-1,0%)
Tesla Model 3 (-13,8%)
Honda Civic (-3,4%)
Mazda CX-5 (+16,6%)
Kia Sportage / Seltos (+25,8%)
Honda HR-V (-1,7%)
"Focus2Move" mütəxəssisləri bildirirlər ki, bazarın kiçildiyi bir dövrdə təkcə brendin tanınmış adı uğura zəmanət vermir. İndi hər bir modelin öz satış dinamikası daha böyük rol oynayır.
Ən yüksək artım göstəriciləri "Seltos", "Ram" və "CX-5" modellərində, eləcə də bir sıra elektromobillərdə qeydə alınıb. Onların arasında Çin istehsalı olan "Li i6", "Fang Cheng Bao Tai 7" və "MG 4" kimi yeni nəsil modellər xüsusilə seçilir.
Avropa və ABŞ bazarlarında son vəziyyət
Avropa bazarında da dinamika maraqlıdır. 2026-cı ilin ilk 9 ayında Avropada 12 752 299 yeni avtomobil satılıb ki, bu da ötən illə müqayisədə 5% çoxdur. Satışları 9,2% azalsa da, "Renault Clio" Avropada birinci yerini qoruyub. Lakin "Tesla Model Y"yə olan tələbat 33,7% kəskin artaraq onu Avropa siyahısında 2-ci pilləyə yüksəldib.
Dünyanın en böyük iqtisadiyyatına malik ABŞ-da isə hesabat dövründə 11 905 288 yeni avtomobil satılıb (3,3% azalma). Amerika bazarında mütləq liderliyini yenə də "Ford F-Series" pikapı saxlayır.