Sentyabrda bank kartlarının sayı 2,2 dəfə artıb- SƏBƏB NƏDİR?

Sentyabrda  bank kartlarının  sayı 2,2 dəfə artıb- SƏBƏB NƏDİR?
28 Okt 2026 09:55

Kartdan karta köçürmə sayına qoyulan limit insanları müxtəlif yollara əl atmağa vadar edir.

Bir çox insanlar problemin çözümü kimi daha çox karta sahib olmağıa çalışır.

Bəs bu addım nə qədər effektivdir?

Bununla bağlı danışan iqtisadçı Eldəniz Əmirov deyir ki, Azərbaycanda cəmi bir ay ərzində ödəniş kartlarının sayı 414 min ədəd artaraq 23,4 milyona çatıb:

“Avqustda artım 189 min idisə, sentyabrda bu artım 2,2 dəfə sürətlənib. Yəni adambaşına 2,3 karta çatıb.

Belə sürətli addımın səbəbinə gəlincə, mənim ehtimalım budur ki, kartların sayına və kartdan-karta köçürmə əməliyyatlarına tətbiq edilən limitlər bu artımın əsas səbəbidir. Çünki insanların limitlərdən yayınmaq üçün əməliyyatlarını müxtəlif banklar və kartlar arasında bölüşdürməyə çalışması iqtisadi baxımdanməntiqlidir. Bir daha qeyd edirəm ki, bu mənim ən böyük ehtimalımdır, fakt deyil. Bunu fakt kimi deməm üçün əlavə olaraq aktiv kartların sayı, köçürmələrin həcmi və limitə çatan istifadəçilər barədə statistika və s. lazımdır. Bundan sonra təhlil edib, daha dəqiq səbəbi yaza bilərik.

Əslində, insanların tətbiq edilən limitlərdən yayınmaq üçün müxtəlif bankların kartlarından istifadə etməsinə görə onları qınamaq da doğru olmaz. Bu, məhdudiyyətlərə uyğunlaşmaq istiqamətində təbii iqtisadi davranışdır, bir şərtlə ki, qanunvericilik pozulmasın.

Digər tərəfdən, beynəlxalq təcrübəyə baxdıqda Azərbaycanda adambaşına düşən təxminən 2,3 ödəniş kartının qeyri-adi göstərici deyil. MƏsələn, Çində hər nəfərə orta hesabla 7 kart, avrozonada 2,5, Böyük Britaniyada isə 2,4 kart düşür. Yəni Azərbaycan bu baxımdan Avropanın inkişaf etmiş maliyyə bazarları ilə müqayisəolunan səviyyədədir. Sadəcə hazırda fokus tələbə edən məsələ kart sayındakı artımın qısa müddətdə 2,2 dəfə sürətlənməsi və bunun arxasında dayanan iqtisadi səbəbdir”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada