Alimlər kompüter yaddaşını 1000 dəfə sürətləndirə biləcək texnologiya hazırlayıb
News365.az xəbər verir ki, ABŞ-ın Kaliforniya Universitetinin San-Dieqo şəhərciyində çalışan alimlər kompüter yaddaşında məlumatların saxlanılması üçün işıqdan istifadə edən yeni texnologiya hazırlayıblar.
Tədqiqatçılar məlumatları ənənəvi üsullarla maqnit vasitəsilə saxlamaq əvəzinə, işığın xüsusi formada idarə olunması ilə yaddaşa yazmağın mümkünlüyünü araşdırıblar.
Yeni texnologiyanın gələcəkdə kompüter yaddaşını 1000 dəfəyədək sürətləndirmək potensialı olduğu bildirilir. Bu üsul daha kiçik, sürətli və enerji baxımından səmərəli elektron cihazların hazırlanmasına imkan yarada bilər.
Texnologiyanın gündəlik kompüterlərdə tətbiq edilməsi üçün əlavə araşdırmalara ehtiyac var.