İspaniyada baş verən dəhşətli qatar qəzası futbol təqviminə də təsir edib. Facia qurbanlarına ehtiram əlaməti olaraq Kral İspaniya Futbol Federasiyası Kral Kubokunun birinci turunda keçirilməsi nəzərdə tutulan 24 oyunun təxirə salınmasına qərar verib.
News365.az xəbər verir ki, bu barədə Kral İspaniya Futbol Federasiyasının (RFEF) rəsmi açıqlamasında məlumat verilib.
Bildirilib ki, qərar qatar qəzasında həyatını itirənlərin xatirəsini yad etmək və zərərçəkənlərlə həmrəylik nümayiş etdirmək məqsədilə qəbul olunub.
Federasiya təxirə salınan qarşılaşmaların yeni tarixləri və turnirin yenilənmiş təqvimi barədə yaxın günlərdə məlumat verəcəyini açıqlayıb.
Qeyd edək ki, çərşənbə günü səhər saatlarında İspaniyanın Toledo əyalətində, Los Yebenes və Urda şəhərləri arasında iki sürətli qatarın iştirakı ilə ağır qəza baş verib. Hadisənin Madrid–Sevilya dəmir yolu xəttinin 118-ci kilometrliyində qeydə alındığı bildirilir.
Məlumata əsasən, faciə nəticəsində 46 nəfər həyatını itirib.