Sabah bir rayonda qaz olmayacaq

Sabah bir rayonda qaz olmayacaq
28 Okt 2026 23:40

Sabah Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq.

News365.az xəbər verir ki, bu barədə Ağdaş Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 29-da qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 17:00-dək Ağdaş şəhərinin H.Əliyev рrospekti, Vaqif, SU-18, S.Səlimoğlu, L.Məmmədbəyov, Ə.Bayramov, M.Əfəndizadə, H.Hacıyev, K.Kərimov, İstiqlal küçələri və Qarasuqumlaq kəndində (2 806 abonent) qaz təchizatında fasilə olacaq.


Sizin reklam burada
Sizin reklam burada