Slovakiyanın Baş naziri Robert Fitso Çexiyaya səfəri zamanı etiraz aksiyası ilə qarşılaşıb.
News365.az xəbər verir ki, “Aktuality” nəşrinin məlumatına görə, Fitso çexiyalı həmkarı Andrey Babişlə birlikdə Çexoslovakiyanın yaranmasının 108-ci ildönümü münasibətilə Çexiya-Slovakiya dostluğuna həsr olunmuş abidənin açılışında iştirak edib.
Lakin mərasim fit səsləri və etirazlarla müşayiət olunub. Nümayişçilər Fitsoya müraciətlə “Rusiyaya rədd ol!” şüarını səsləndiriblər.
Etirazçılar Çexiyanın Baş naziri Andrey Babişi, eləcə də hər iki ölkənin xarici işlər nazirlərini fitə basıblar. Etirazların hədəflərindən biri Slovakiyanın xarici işlər naziri Yuray Blanar da olub. O, bir gün əvvəl Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb.