Süni intellekt iki sahədə yeni elmi nəticələr əldə etdiyini açıqlayıb

Süni intellekt iki sahədə yeni elmi nəticələr əldə etdiyini açıqlayıb
21:40

Süni intellekt riyaziyyat və fizika sahəsində yeni elmi nəticələr əldə etdiyini açıqlayıb.

News365.az xəbər verir ki, OpenAI şirkəti süni intellekt modelinin riyaziyyat, kompüter elmləri və fizika sahələrində üç mühüm elmi nəticə əldə etdiyini açıqlayıb.

Şirkətin bildirdiyinə görə, model riyaziyyatda uzun müddətdir araşdırılan bəzi problemlərlə bağlı yeni sübutlar hazırlayıb. Kompüter elmləri sahəsində isə geniş qəbul edilmiş bir nəzəriyyənin yanlış olduğunu göstərən nəticə təqdim edilib.

Fizika sahəsində açıqlanan nəticə kvant sahə nəzəriyyələri ilə bağlıdır. Bu nəticələrin müstəqil alimlər tərəfindən yoxlanılması nəzərdə tutulur.

Tədqiqatçılar süni intellektin təqdim etdiyi elmi nəticələrin düzgünlüyünün yoxlanılmasının və onların elmi ictimaiyyətə açıq şəkildə təqdim edilməsinin vacibliyini vurğulayırlar.


Sizin reklam burada
Sizin reklam burada