Kiminsə arpa əkib buğda biçdiyini görən olub?- Tural İrfan yazır

Kiminsə arpa əkib buğda biçdiyini görən olub?- Tural İrfan yazır
09:10
Təsadüfən televizorda gözüm teleseriala sataşdı. Ətim töküldü, tez kanalı dəyişdim. Bayağı, ləhcə ilə danışırdılar. Özü də hər ləhcədən bir sözlə. Yenə bir adam bir ləhcədə, öz ləhcəsində danışsa dərd yarıydı. Hərəsindən bir neçə söz qatıb danışırdı, heç bir ləhcə sözlərini də istifadə edilən formada ifadə edə bilmirdi... Çox qaba, kobud, cansıxıcı, əttökən alınır.
Mövzu da deyəsən arvadına katibəsi ilə xəyanət etmiş kişinin boşanma davası idi. Qadın adamlarını ayağa qaldırıb keçmiş ərinin ərvətini ələ alaraq məşğul idi. Sanki mal bazarında keçi satanla dəllal arasında küçə söhbəti gedir.
Belə danışığı efirlərdə təbliğat sağlam dil qalar? Belə işlərlə bağlı sağlam ailə institutu qalar? Sonra da deyirlər, boşanmaların sayı niyə artır. Daha ailə dağıtmağın, ev yıxmağın, bütün hiylə-fırıldağın yollarını teleseriallarda camaata təlim edəndə başqa nə olmalıdır? Kiminsə arpa əkib buğda biçdiyini görən olub?
Tural İrfan, AYB-nin üzvü

Sizin reklam burada
Sizin reklam burada