SOCAR, Sea Breeze və Landau: Özbəkistanda Azərbaycan layihələrinin açılışı oldu

SOCAR, Sea Breeze və Landau: Özbəkistanda Azərbaycan layihələrinin açılışı oldu
10:00

Azərbaycan və Özbəkistan prezidentləri yeni layihələrin açılışında və təməkqoyma mərasimində iştirak ediblər

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev onlayn formatda Azərbaycan tərəfindən Özbəkistanda həyata keçirilən layihələrin açılış və təməlqoyma mərasimlərinə qatılıblar.

Tədbir çərçivəsində "Davr Bank" (Azərbaycan Beynəlxalq Bankı), "Mətanət-A" şirkətinin Qips Zavodu və "Landau Education Group"a aid iki STEAM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) məktəbinin istifadəyə verilməsi mərasimi baş tutub.

Eyni zamanda, SOCAR-ın 5 yeni yanacaqdoldurma məntəqəsinin, "Agalarov Development" şirkətinin "Sea Breeze Uzbekistan" yaşayış və istirahət kompleksinin, "TuranAZ"ın "Baku City" yaşayış kompleksinin, "Sur Gold and Silver Project" çərçivəsində gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabrikiminin və "Gold Fresh Fruits" bağçılıq layihələrinin təməli qoyulub.


Sizin reklam burada
Sizin reklam burada