Əhmədlidə sakinlərin zibil problemi: Birinci mərtəbəyə zibil atılır- FOTO

Əhmədlidə sakinlərin zibil problemi: Birinci mərtəbəyə zibil atılır- FOTO
10:20

Bakının Əhmədli qəsəbəsində, Seyid Əzim Şirvani küçəsində yerləşən binanın birinci mərtəbəsinə zibil atılması sakinlərin narazılığına səbəb olub.

News365.az xəbər verir ki, binanın birinci mərtəbəsində yaşayan Hüseynova Lamiyə bu vəziyyətdən şikayətçidir.

Onun sözlərinə görə, yuxarı mərtəbələrdən atılan zibil birinci mərtəbənin qarşısına düşür və ərazidə antisanitar vəziyyət yaradır.

Sakin aidiyyəti qurumların və bina sakinlərinin məsələyə diqqət yetirməsini, zibilin mənzillərin qarşısına atılmasının qarşısının alınmasını istəyir.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.

News365.az


Sizin reklam burada
Sizin reklam burada