"Comex" birjasında oktyabr ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti mayın 14-dən bəri ilk dəfə bir trua unsiyası üçün 4 700 dolları geridə qoyub.
News365.az xəbər verir ki, bu barədə ticarət platformasının açıqladığı göstəricilərdə qeyd olunub.
Bakı vaxtı ilə saat 06:10-a olan məlumata əsasən, qızılın dəyəri 0.55% artım nümayiş etdirərək bir trua unsiyası üçün 4 706.4 dollar səviyyəsinə qalxıb.
Saat 06:30-a doğru isə füçerslərin qiymət artımı daha da sürətlənib və bir trua unsiyası üçün 4 713.8 dollar (+0.77%) həddində qərarlaşıb.