Bakıda marşrut avtobusu piyadanı vuracaqdı: Açıq qapılar, təhlükəli manevr... - VİDEO

Bakıda marşrut avtobusu piyadanı vuracaqdı: Açıq qapılar, təhlükəli manevr... - VİDEO
09:10

Xalqlar Dostluğu metrosu yaxınlığında 64 nömrəli marşrut avtobusunun sürücüsünün qaydaları pozduğu iddia edilir.

News365.az xəbər verir ki, hadisə zamanı avtobusun qapıları açıq vəziyyətdə hərəkət etdiyi, həmçinin arxadan gələn nəqliyyat vasitəsinə xəbərdarlıq etmədən sağ zolağa keçərək sağa döndüyü bildirilir.

Sürücünün bu manevri digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb. Hətta avtobusun həmin ərazidə piyadanı vurmaq təhlükəsi ilə üzləşdiyi qeyd olunur.

Hadisə ilə bağlı görüntülərin araşdırılması və qayda pozuntusu təsdiqlənərsə, sürücü barəsində müvafiq tədbir görülməsi gözlənilir.

News365.az sözügedən görüntüləri təqdim edir:



Sizin reklam burada
Sizin reklam burada