Aİ-dən Kiyevə güclü dəstək: Ukrayna bayrağı Brüsseldə ucaldıldı

Aİ-dən Kiyevə güclü dəstək: Ukrayna bayrağı Brüsseldə ucaldıldı
12:22

Ukraynanın Müstəqillik Günü ərəfəsində Avropanın siyasi mərkəzində diqqətçəkən addım atılıb. Avropa Komissiyasının Brüsseldəki baş qərargahı qarşısında Ukraynanın dövlət bayrağı təntənəli şəkildə ucaldılıb.

News365.az xəbər verir ki, bu barədə özünün sosial media hesabında paylaşım edən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Kiyevin tezliklə Avropa ailəsinin ayrılmaz hissəsi olacağını bəyan edib:

"Biz Ukraynanın Müstəqillik Gününə qoşuluruq və onun sarı-mavi bayrağını birliyimizin tam mərkəzində qürurla dalğalandırırıq. Ukrayna öz azadlığını və təhlükəsizliyini tam bərpa edərək, Avropa İttifaqındakı haqlı yerini tutacaq."

Müstəqillik Gününə həsr olunmuş həmrəylik aksiyaları təkcə Brüssellə kifayətlənmir. Bayram münasibətilə Frasansanın rəmzi sayılan Eyfel qülləsi də Ukrayna bayrağının rəngləri ilə işıqlandırılaraq bu dəstəyə qoşulacaq.


Sizin reklam burada
Sizin reklam burada