Körpəni arabada yol kənarında qoyub uzaqlaşdı – Lökbatanda qeydə alınan görüntü + VİDEO/FOTO

Körpəni arabada yol kənarında qoyub uzaqlaşdı – Lökbatanda qeydə alınan görüntü + VİDEO/FOTO
09:46

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində diqqətçəkən hadisə baş verib.

News365.az xəbər verir ki, yolun kənarında körpə uşağın uşaq arabasında tək qoyulduğu, bir müddət sonra isə həmin şəxsin geri qayıdaraq uşağı götürdüyü bildirilir.

Hadisə ərazidə olan şəxslər tərəfindən müşahidə edilib və görüntülər qeydə alınıb.

Körpənin nə qədər müddət ərzində nəzarətsiz qaldığı, eləcə də hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparması və uşağın təhlükəsizliyinin təmin olunması üçün tədbir görülməsi gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada