Tramp və Netanyahu arasında qarşıdurma: Oktyabr və noyabr seçkilərinin arxasındakı şok detaylar

Tramp və Netanyahu arasında qarşıdurma: Oktyabr və noyabr seçkilərinin arxasındakı şok detaylar
11:30

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında fikir ayrılıqlarının gərginləşdiyi bildirilir. Liderlər arasında Qəzza, Livan və İran məsələlərindəki ziddiyyətlər hər iki ölkədə keçiriləcək seçkilər ərəfəsində daha da dərinləşir.

Mövzu ilə bağlı News365.az-a açıqlama verən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Trampla Netanyahu arasında münasibətlər həmişə ziddiyyətli olub:


"Xüsusilə Qəzza, İran və Suriya məsələsində Netanyahunun ABŞ-ın maraqlarını nəzərə almaması, ABŞ-dakı lobbi, xüsusilə Dünya Sionist Təşkilatındakı sağçılar vasitəsilə Trampa təzyiq etməsi və onu aşağılayan şantaj xarakterli açıqlamalarla gündəmə gəlməsi hazırda ABŞ-da güclü dayaqlara malik olan 'öncə Amerikaçı'ların (MAGA) İsrail və sionist lobbiyə qarşı münasibətini kəskinləşdirib. Digər tərəfedən noyabrda ABŞ-da, oktyabrda isə İsraildə parlament seçkiləri keçiriləcək. İranla müharibə nəticəsində respublikaçıların reytinqi ciddi şəkildə aşağı düşdüyü üçün Tramp İranla razılaşmaya gedərək seçkinin taleyini xilas etməyə çalışır. Amma Netanyahu və komandası, xüsusilə Ben Qvir və Smotriç Livana və Qəzzaya hücumlarını davam etdirməklə prosesi sabotaj edir, nəticədə respublikaçıların maraqlarına zərbə vurur."

Politoloq qeyd edib ki, İsrail hökuməti Trampın İranla razılaşmaya getməsinin və Yaxın Şərq siyasətini Türkiyə ilə koordinasiya etməsinin İsraildəki seçki nəticələrinə təsir göstərəcəyindən narahatdır:

"Netanyahu hökuməti daimi düşmən və təhdidlərin davam etməsi ilə seçkinin nəticələrinə təsir etməyə çalışır. Bu isə ABŞ-da Tramp hökumətinin Qəzza və İranla bağlı nəticə əldə edə bilməməsi baxımından ictimai rəyə təsir edir, respublikaçıların şanslarını azaldır. Bu da ABŞ-İsrail hökumətləri arasında münasibətləri daha da kəskinləşdirir. Görünən odur ki, ABŞ administrasiyası İsrail seçicisinə təsir etməklə Netanyahu koalisiyasından xilas olmağa çalışır, Təl-Əviv isə əksinə. Bu isə Türkiyənin mövqelərini gücləndirir və Yaxın Şərqdə təsir imkanlarını artırır."

Əli Zülfüqaroğlu əlavə edib ki, Netanyahu hökumətinin durumu Tramp administrasiyası ilə müqayisədə daha ağırdır:

"Təl-Əviv ABŞ-da prezident seçkilərində Trampla anlaşaraq demokratlara qarşı fəaliyyət göstərmişdi və seçkinin nəticələrinə təsir etmişdi. Ona görə də ABŞ-da demokratların güclənməsi də Netanyahunu xilas etməyəcək. ABŞ-ın maraqlarının qurban verilməsi daxil olmaqla, nəyin bahasına olursa-olsun, Netanyahunun hakimiyyətdə qalmaqla xilas olmağa çalışması Tramp-Netanyahu ziddiyyətlərini daha da dərinləşdirəcək."


Sizin reklam burada
Sizin reklam burada