Qazaxıstan MSK: Beş partiya yeni parlamentə keçir

Qazaxıstan MSK: Beş partiya yeni parlamentə keçir
10:50

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) Qurultaya keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb.

News365.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Nəticələrə əsasən, beş partiya yeni parlamentə keçir.

"Avqustun 24-ü səhər saatlarına səsvermənin ilkin nəticələri belədir: "Әdilet" partiyası – 71,17 %; Ümummilli Sosial Demokrat Partiyası – 5,11 %; "Baytak" Qazaxıstan Yaşıllar Partiyası – 1,7 %; Qazaxıstan Xalq Partiyası – 3,10 %; "Auıl" Xalq-Demokratik Vətənpərvər Partiyası – 6,26 %; "AK jol" Demokratik Partiyası – 5,21 %; "Respublika" partiyası – 5,56 %; "Hamıya qarşı" – 2,51 %", - məlumatda bildirilir.

5%-dən az səs toplayan "Xalq partiyası" və "Baytak" parlamentə keçmir.

Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov bildirib ki, seçkilərdə 9,35 milyondan çox insan və ya siyahılara daxil edilmiş vətəndaşların 73,8 %-i iştirak edib.


Sizin reklam burada
Sizin reklam burada