Kardaşyanın nənəsi öldü

Kardaşyanın nənəsi öldü
11:45

Kardaşyanlar ailəsində itki baş verib.

News365.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur televiziya siması Kim Kardaşyanın nənəsi Meri Co Şennon 91 yaşında vəfat edib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Meri Co Şennon uzun illər “Keeping Up with the Kardashians” və “The Kardashians” realiti-şoularının izləyicilərinə tanış sima olub. O, ailə üzvləri ilə birlikdə verilişlərdə tez-tez iştirak edirdi.

Şennon vaxtilə San Dieqoda uşaq geyimləri mağazasının sahibi olub.

Məlumata görə, Meri Co Şennon son illərdə döş və yoğun bağırsaq xərçəngi ilə mübarizə aparsa da, ailə həyatında və televiziya layihələrində fəal iştirakını davam etdirib.


Sizin reklam burada
Sizin reklam burada