İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb.
Bu barədə News365.az İran KİV-inə istinadən xəbər verir.
"Hazırda Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində dörd nəfərin öldüyü təsdiqlənib", - IRIB telekanalı bildirib.
***
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516-ya çatıb.
News365.az xəbər verir ki, bu barədə təcili tibbi yardım xidmətinin nümayəndəsi Babok Yektaparast məlumat verib.
***
İranın Şəhid Rəcai limanında baş verən partlayışda xəsarət alanların sayı 406 nəfərə çatıb.
News365.az xəbər verir ki, bu barədə İranın yerli hakimiyyət orqanları məlumat yayıblar.
***
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.
"Tasnim"in yaydığı məlumata görə, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri açıqlama veriblər.
Bildirilib ki, onlardan 195 nəfəri Hörmüzqandakı xəstəxanalara yerləşdiriliblər.
Məlumatda ölənlərin sayının hələ ki məlum olmadığı da qeyd edilib.
Partlayışın səbəbi araşdırılır.