Heyvanlar insanların istifadəsi, təbiətin ümumi nizamının bir hissəsi, elementi və ən əsası ibrət üçün xəlq edilib. Bir çox şey adamlar heyvanlardan öyrənməlidirlər. əvəzər heyvanlar nəcisini basdırır. Amma səhrada, meşədə adamların çoxu bunu etmirlər. Bəlkə də bir çox vəhşi xüsusiyyətləri zamanla, təkamüllə heyvanlar adamlardan öyrəniblər. Yaxud da adamların qəddarlığından mühafizə olunmaq üçün məqsəd də vəhşiləşməyə məcbur qalıblar. İnsan zəhməti, qarışqadan, nizam-intizamı arıdan, cəsarəti şirdən, canavardan, səbri eşşəkdən, vəfanı, etibarı itdən, sadiqliyi, təmizkarlığı pisdən öyrənmək lazımdır.
Quranda Adəmin övladı Habilə öyrəndiyini öyrətmək üçün qarğa göndərildiyi qeyd olunur.
Maidə surəsində bu haqda deyilir: "Allah, yeri eşələyən bir qarğa göndərdi ki, ölmüş başqa bir qarğanı basdırmaqla ona qardaşının cəsədini necə basdırmağı göstərsin. O dedi: "Vay halıma! Doğrudanmı mən, qardaşımın cəsədini basdırmaqda bu qarğa kimi olmaqdan da acizəm?” buna görə, o, peşmançılıq çəkənlərdən oldu".
İndoneziyada seldə boğulmaqda olan bir pələngi çiyninə mindirib xilas edən filin videosunu gördüm. Bu kimi adamların adamların vəhşiləşməməsi, görüb xəcalət çəkməsi üçündür. Çünki bir çox hadisələr bir çox vaxt insanlara kömək etmək üçün hər cür əlinə bir telefon əldə etmək lentə almaqla məşğul olur, seyrçi qalırlar. Yolda, küçədə baş verən bədbəxt hadisələr zamanı onu görməməzliyə vururlar. Son zamanlar heyvanların sürətli təkamülünün şəhidi oluruq.
Təbiətdə insanlar heyvanlara qarşı daha qəddar və rəhmsizdirlər, nəinki heyvanlar. Heyvana insan kimi agıl da verilsəydi nüvə silahı düzəldib bəşəriyyəti qırmazdı. Müharibələr törədib öz cinsindən olanları genosid etməzdi. Ümumi, bütün rakurslardan baxdıqda mahiyyəti etibarı ilə insanın ağıllı vəhşi olduğunun şahidi oluruq. Əgər ağılsız vəhşidirsə heyvan, heyvan ağıllı vəhşidir. Çünki Quranda yuxarıda qeyd edildiyim ayədə qarğa başqa qarğa yoldaşının ölmüş cəsədini dəfn edir. Amma ilk insan oğlu Qabil olan doğma qardaşı Habili öldürülüb oturub gözləyir...
Əksər heyvanlar, quşlar çöldən yem tapıb, ov edib onu hissələrə bölüb balasının ağzına qədər gəlib qoyurlar. Amma analar var ki, doğub, çağasını torbaya qoyub aparıb zibilliyə atır. Yaxud aparıb yetimlər evinə qoyur.
Ona görə adamların heyvanlardan öyrənməli olduğu çox şey var.
Tural Irfan, MCP sədrinin müavini