Gəncədə qadın qətlə yetirilib.
New365.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən bazarda qeydə alınıb. 1962-ci il təvəllüdlü Laləzər Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Ona yardım edilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 64 yaşlı L.Verdiyevanı kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən oğlu 44 yaşlı Ramin İsmayılov saxlanılıb.